Nov 25, 2025 | 11:19 Konfranslar, iclaslar
AMEA Arxeologiya və Antropologiya İnstitutunda Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində tarixi çıxışına həsr olunmuş Elmi şura iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirib ki, Prezidenti İlham Əliyevin çıxışında Azərbaycan elminin keçdiyi şərəfli yola obyektiv təhlil verilməklə yanaşı, elmimizin qarşısında duran strateji və prioritet istiqamətlər göstərilib. “Azərbaycan Respublikası Prezidenti tərəfindən xüsusi olaraq vurğulanan elm sahələrindən biri məhz tarix elmi oldu. Sözsüz ki, arxeologiya elmi də Azərbaycanın yazıya qədər və yazı dövrünün tarixinin öyrənilməsi ilə bağlıdır. Bu kontekstdə Prezident İlham Əliyevin çıxışında göstərilmiş prioritet elmi-tədqiqat hədəfləri arxeoloqlar və antropoloqlar qarşısında durmaqdadır. Bu tədbirimizdə Prezident İlham Əliyevin çıxışından irəli gələn mövzular üzrə fikirləriniz və təklifləriniz olduqca vacibdir” – deyə Fərhad Quliyev bildirib.
İnstitutun Elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent Zaur Həsənov, t.e.d., professor Hidayət Cəfərov, t.e.d., professor Qafar Cəbiyev, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli, t.e.d., professor Nəcəf Müseyibli, t.e.d., professor Əsədulla Cəfərov, t.e.d., professor Vəfa Mahmudova, t.ü.f.d., dosent Müzəffər Hüseynov, t.ü.f.d. Akif Quliyev, t.ü.f.d., dosent Bəxtiyar Cəlilov, t.ü.f.d., dosent Mikayıl Mustafayev, t.ü.f.d., dosent Bəhlul İbrahimli, t.ü.f.d., dosent Pərviz Qasımov, t.ü.f.d., dosent Taleh Əliyev, Həmkarlar Təşkilatının sədri Faiq Babayev və institutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mircavid Ağalarov çıxış ediblər.
Tədbir iştirakçıları çıxışlarında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində tarixi nitqində elmi tədqiqatların prioritet hədəflərinin müəyyən edilməsi və qarşıda qoyulan hədəflərə çatmaq üçün institutun elmi kollektivi qarşısında duran vəzifələrdən söz açıblar.


