Apr 02, 2026 | 12:20 Elanlar
Müstəqil Azərbaycanın inkişaf yolu siyasi, institusional və ideoloji əsaslara söykənən kompleks strategiya üzərində formalaşmışdır. Dövlət müstəqilliyinin 35 illik inkişaf yolunda bu strategiyanın müxtəlif istiqamətlərinin elmi müstəvidə təhlili siyasi elmlər baxımından mühüm aktuallıq kəsb edir.
Bu məqsədlə 20 aprel 2026-cı il tarixində AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Azərbaycan Respublikasının inkişaf yolunun siyasi-nəzəri əsasları və ideoloji xətt” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Konfransın əsas məqsədi çoxşaxəli inkişaf modelinin konseptual əsaslarının öyrənilməsi, aparılan elmi tədqiqatlar əsasında müzakirə və fikir mübadiləsinin aparılmasıdır.
Konfransa məqalələrin qəbul müddəti: 15 aprel 2026-cı ilədək
Keçirilmə forması: Hibrid (əyani və onlayn)
Konfransın bölmələri:
I Azərbaycan Respublikasının inkişaf yolunun siyasi-nəzəri, fəlsəfi, sosioloji və ideoloji əsasları;
II Müstəqil Azərbaycanın beynəlxalq əlaqələrinə konseptual baxış;
III Vətən müharibəsində Zəfəri şərtləndirən amillər və suverenliyə aparan yol xəritəsi;
IV Müasir Azərbaycanın “yumşaq güc” siyasəti: mədəni, ictimai və gender komponentləri;
V Azərbaycan Respublikasının süni intellekt strategiyası və elmi inkişaf istiqamətləri;
VI Azərbaycanın siyasətində dialoq və çoxpartiyalılıq.
Təqdim olunan məqalələr üçün tələblər:
- Microsoft Word A4 ölçüdə 5-7 səhifə həcmində, Times New Romanda, 14 şrift, 1,5 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm parametrlərinə uyğun yazılmalıdır;
- Titul səhifədə yuxarıda sağda 14 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, ORCİD nömrəsi, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;
- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 14 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.
- Konfransa məqalələr Azərbaycan, türk, ingilis və rus dillərində qəbul olunur.
- Azərbaycan və ingilis dillərində qısa xülasə, açar sözlər təqdim olunmalıdır.
- İstinadlar APA (7th edition) formatında verilməlidir.
Konfrans materialları redaksiya heyəti tərəfindən seçilərək elmi məqalələr toplusunda nəşr olunacaq. Konfransın bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən məqalələr baxılmadan geri qaytarılacaqdır.
Ünvan: Bakı ş., H.Cavid pr., 115
Telefon: (+994 12) 510 15 12
E-mail: siyasetelmi35@gmail.com


