AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alim Paris simpoziumunda məruzə edib
Apr 03, 2023 | 02:21 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı aprelin 1-də Fransanın paytaxtı Parisdə keçirilən "Qlobal miqrasiya fenomeni" mövzusunda 3-cü beynəlxalq simpoziumda onlayn iştirak edib.

Şərqşünas alim simpoziumda ingilis dilində "Azərbaycanda miqrantlar: problem və həlli yolları" mövzusunda məruzə edib. Məruzədə Azərbaycana siyasi, yaşayış, ailə və s. problemlərlə gələn qaçqınlar haqqında danışılıb. Məruzəçi bu problemlərin həll olunması yolunda Azərbaycanın Miqrasiya Xidmətinin, UNCHR beynəlxalq təşkilatının göstərdiyi yardım proqramları və köməklikləri barədə məlumat verib. 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023