AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA ilə Yaponiyanın “Ajmedia News Portal”ı arasında əməkdaşlıq davam edir
Apr 06, 2023 | 08:37 Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası ilə Yaponiyanın “Ajmedia News Portal”ı arasında əməkdaşlıq davam edir. Belə ki, sözügedən portalda AMEA-da təşkil olunan tədbirlər, konfranslar və Akademiya ilə bağlı ən son informasiyalar, institutların fəaliyyətləri və digər xəbərlər barədə geniş oxucu kütləsinə malumat çatdırılır.

“Ajmedia News Portal”ında informasiyalar oxuculara 3 dildə - yaponca, ingiliscə və azərbaycanca təqdim edilir.

Onu da qeyd edək ki, AMEA prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə  “Heydər Əliyev İli” çərçivəsində bu elmi qurumun Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunan müşavirə 3 dildə oxucuların diqqətinə çatdırılıb. Bundan başqa, sözügedən saytda AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranovun Azərbaycanın dahi şəxsiyyətləri, görkəmli alimləri, mütəfəkkirlərinə həsr olunan “Qızıl fond”un yaradılması barədə səsləndirdiyi təkliflə bağlı xəbər də Yaponiyanın “Ajmedia News Portal”ında işıqlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023