AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib
Apr 12, 2023 | 16:56 Konfranslar, iclaslar

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Sözügedən müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib.

İnstitutun Elmi şurasının tərkibində qismən dəyişiklik edilib. Vakant olan vəzifələri tutmaq üçün dərc olunmuş elana əsasən seçkilər keçirilib. AMEA-nın müxbir üzvü Musa Qasımlı, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva və siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəylinin yazdıqları “Heydər Əliyev və Qafqaz problemləri” adlı kitabı  və 3 may 2023-cü il tarixində keçiriləcək “Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” mövzusunda respublika elmi konfransının materialları çapa tövsiyə edilib.

İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023