AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Liderin etik-psixoloji xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib
Apr 13, 2023 | 16:00 Konfranslar, iclaslar

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Etika və Sosial psixologiya şöbələrinin birgə Heydər Əliyevin 100 illiyinə həsr olunan “Liderin etik-psixoloji xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.

Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə seminarın mövzusunun aktuallığını qeyd edərək Azərbaycanda gedən köklü islahatların çoxtərəfli istiqamətlərinə nəzər salaraq, Ulu Öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışıb.

Professor qeyd edib ki, Ulu Öndərin müdrik dövlətçilik siyasəti, idarəetmə təcrübəsi, zəngin mənəvi irsi və gələcək nəsillərə ötürdüyü ideyalar yalnız ölkəmizdə deyil, xarici ölkələrdə də gələcək tədqiqatlar üçün aktual mövzulardandır. Həmçinin bugünkü qüdrətli Azərbaycanın Heydər Əliyevin dövlətçilik ideyaları əsasında formalaşması amilinin rolunu şərh edən İlham Məmmədzadə Ulu Öndərin mənəvi irsinin və dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb.

“Ulu Öndər Heydər Əliyev çağdaş tariximizə müstəqil dövlətimizin xilaskarı kimi şanlı səhifə yazıb. Milli inkişaf modelinin banisi olan dahi şəxsiyyət dövlətçiliyimizin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirib”, – deyə İlham Məmmədzadə qeyd edib.

Sosial psixologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Ali Baş Komandan İlham Əliyevin siyasi, etik, psixoloji xüsusiyyətləri” mövzusunda çıxış edib: “Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun, milli siyasi etika nümunəsidir. Cənab Prezident İlham Əliyevə xas olan bu xüsusiyyətlər, təkcə bu günümüz üçün deyil, gələcəyimiz üçün də böyük mənəvi, siyasi əhəmiyyətə malikdir və ölkəmizdə siyasi dəyərlər sisteminin formalaşması, siyasi sistemin milli dəyərlər platforması üzərindən inkişafı baxımından tarixi önəm kəsb edir. Zaman keçəcək, gələcək nəsillər Ali Baş Komandan, Prezident İlham Əliyevin Böyük Qələbəyə doğru aparan yolda nümayiş etdirdiyi fədakarlığı, xalqın, dövlətin mənafeyi naminə atdığı addımları dərindən təhlil edəcək, onun liderliyi ilə keçilən yolun hər addımından qürur duyacaqdır”.

Daha sonra f.e.d., professor Adil Əsədov, tarix elmləri doktoru Eynulla Mədətli, f.e.d, Füzuli Qurbanov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, filologiya elmləri doktoru Afaq Əsədova və digər çıxışçılar mövzu ətrafında çıxış edərək fikir mübadiləsi aparıblar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023