AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları bulud texnologiyalarına həsr olunmuş tədbirdə iştirak ediblər
Apr 14, 2023 | 13:00 Konfranslar, iclaslar

Aprelin 13-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəl.ü.f.d. dosent Zöhrə Əliyeva və Etika şöbəsinin böyük elmi işçisi fəl.ü.f.d. Samirə Dadaşova İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Türkiyənin “Bulutistan” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri” adlı tədbirdə iştirak ediblər.

Tədbirdə rəqəmsal biliyin artırılması, süni intellekt və kibertəhlükəsizlik məsələləri, müxtəlif sahələrdə bulud texnologiyalarının tətbiqi, Azərbaycan və Türkiyə arasında bulud texnologiyaları sahəsində təcrübəsi barədə müzakirələr aparılıb.

Dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin və mütəxəssislərin, eləcə də Türkiyənin 4Sİ texnologiyalarını tətbiq edən qabaqcıl şirkətlərinin iştirak etdiyi sessiyalarda bulud həlləri və bu həllərdən istifadənin üstünlükləri qeyd olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mərkəzi İstanbulda yerləşən informasiya xidmətləri ixracı (Cloud Services) üzrə ixtisaslaşmış “Bulutistan Qlobal” şirkətinin baş direktoru Önder Şahin və həmin şirkətin Azərbaycan üzrə ölkə müdiri Samir Nuriyev Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri ilə birgə əməkdaşlıq çərçivəsində tədbir keçirməyi qərara alıblar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023