AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-da Vikipediya təlimləri genişlənir
Apr 20, 2023 | 14:00 Mühüm hadisələr

AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, Abbasqulu Ağa Bakıxanov adına Tarix, Fəlsəfə və Sosiologiya, akademik Ziya Bünyadov adına Şərqşünaslıq, Məhəmməd Füzuli adına Əlyazmalar institutlarının əməkdaşları və  Azərbaycan İlahiyyat İnstitutunun magistrantları üçün Vikipediya təlimlərinə başlanılıb.

Təlimlər Mərkəzi Elmi Kitabxananın əməkdaşları tərəfindən keçirilir.

Məqsəd AMEA-nın hər bir institutunda könüllü Vikipediya qruplarının formalaşdırılmasıdır. Həmin qruplar məqalələrin redaktəsi və yeni məqalələrin yaradılması işini görəcəklər. Təlimlərə könüllülər tərəfindən də böyük maraq var.

Qeyd edək ki, mart ayından etibarən Nizami Gəncəvi adına Ədəbiyyat və Məhəmməd Füzuli adına Əlyazmalar institutlarının əməkdaşlarına keçirilən Vikipediya təlimləri yekunlaşıb. Həmin şəxslər artıq bir sıra məqalələrin redaktələrini həyata keçirilir.

Yaxın günlərdə AMEA-nın digər institutlarının könüllü əməkdaşlarına da təlimlərin keçirilməsi nəzərdə tutulub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023