AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunun əməkdaşının yeni kitabı çapdan çıxıb
Apr 26, 2023 | 14:00 Yeni nəşrlər

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Respublikası tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahovun “Azərbaycan SSR İkinci dünya müharibəsində (1939-1945)” adlı kitabı nəşr olunub.

Kitabın elmi redaktorutarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, rəyçiləritarix elmləri doktoru,dosent Nazim Məmmədov vətarix üzrə fəlsəfə doktoru, dosent Afaq Priyevadır.

Monoqrafiya məzmun strukturu baxımından müharibə tarixinə dair nəşr olunmuş əsərlərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Kitabda İkinci dünya müharibəsi ərəfəsində dünyanın siyasi mənzərəsinə nəzər salınır, 1939-1945-ci illər müharibəsində dünya xalqlarının faşizm əsarətindən azad edilməsində Azərbaycan SSR-nin rolu işıqlandırılır, Sovet İttifaqı Qəhrəmanları və “Şöhrət” ordeninin tam üç dərəcəsi ilə təltif olunan azərbaycanlılar haqqında biobiblioqrafik məlumatlar verilir. Monaqrafiyada müharibə dövründə yaranmış çətinliklərindən istifadə edən düşmən elementlərin Azərbaycanda antisovet əhval – ruhiyyəsi yayması arxiv sənədləri əsasında təhlil olunur.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023