AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq
May 01, 2023 | 11:00 Mühüm hadisələr

Sabirabad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova çıxış edərək Ümummilli Liderin həyat yolundan, Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.

Konfransda çıxış edən natiqlər Heydər Əliyevin müxtəlif sahələrə olan xüsusi diqqət və qayğısından, eyni zamanda gənclərə olan etimadından söz açıblar. İstər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı vurğulanıb. Müasir və müstəqil Azərbaycan dövlətinin bu gün də Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyi diqqətə çatdırılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023