AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Nazim Hikmət - 120” mövzusunda beynəlxalq elmi konfransın tezisləri çap olunub
Sep 14, 2023 | 14:08 Yeni nəşrlər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Nazim Hikmət - 120” mövzusunda beynəlxalq elmi konfransın tezisləri çapdan çıxıb.

Nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda səslənən 34 məruzənin tezisi dərc olunub.

Çap olunan tezislər sırasında Misirdən Asiya və Türk dünyası məsələləri üzrə tədqiqatçı, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Ahmed Abdoh Tarabeikin “Nazim Hikmətin yeni ərəb ədəbiyyatına təsiri” və Türkiyədən Ahi Evran Universitetinin İslami elmlər fakültəsinin dosenti doktor Vesile Şemşekin “Nazim Hikmətin həyat və sənəti haqqında” adlı məruzələrinin tezisləri yer alıb.

Azərbaycan alimlərindən filologiya üzrə fəlsəfə doktorları Səriyyə Gündoğdunun “Çağdaş Şərq ədəbiyyatı və Nazim Hikmət”, Əflatun Baxşəliyevin “Nazim Hikmət və Səməd Vurğun”, Cavanşir Məmmədzadənin “Nazim Hikmət və Nima Yusiç yaradıcılığında tipoloji oxşarlıq”, Pərvin Nurəliyevanın “Nazim Hikmət: sovetlər dönəmi Azərbaycanında türk simvolu”, Barat Osmanovanın “Nazim Hikmət və onun haqqında ilk tədqiqatlar”, Ülkər Səmədovanın “Dünya ədəbiyyatında Nazim Hikmət izləri” adlı məruzələrinin, eləcə də digərlərinin maraqlı mövzularda və elmi əhəmiyyətə malik məruzələrinin tezisləri çap olunub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023