AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Erkən xilafət dövründə Azərbaycanda ictimai-siyasi və mədəni həyat” adlı monoqrafiya işıq üzü görüb
Aug 31, 2023 | 12:34 Yeni nəşrlər

AMEA-nın A.A.Bakxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Şahlar Şərifovun “Erkən xilafət dövründə Azərbaycanda ictimai-siyasi və mədəni həyat” adlı monoqrafiyası nəşr olunub.

Monoqrafiyanın tədqiqində müəllif tərəfindən daha çox ərəbdilli və farsdilli mənbələrə istinad edilib. 

Kitabda ərəb istilası ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət, Sasanilərin farsdilli əhalini Azərbaycan ərazilərinə köçürməsi, erkən xilafət dövründə Azərbaycanda inzibati idarəçilik üsulu, torpaq və vergi siyasəti, islamın maddi-mənəvi mədəniyyəti, islamiyyətin Azərbaycan ədəbiyyatına təsiri, sözügedən dövrdə Azərbaycan şəhərləri və onların inkişafı, ərəb qəbilələrinin Azərbaycan ərazilərində yerləşdirilməsi və s. mövzular haqqında ətraflı məlumat verilir.

Kitabdan tarixçilər, şərqşünaslar, Azərbaycan tarixinin ərəb xilafəti dövrü ilə maraqlanan elmi işçilər, tələbələr, həmçinin geniş oxucu auditoriyası faydalana bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023