AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA, Beynəlxalq Türk Akademiyası və Türkiyə Dil Qurumunun rəhbərləri Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunda olublar
Aug 30, 2023 | 16:20 Görüşlər

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbbibəyli, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev və Türkiyə Dil Qurumunun prezidenti, professor Osman Mert Türkiyənin paytaxtı Ankara şəhərində Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Yüksel Ozgenlə görüşüblər.

Görüş zamanı sözügedən müəssisələrin rəhbərləri ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib.

Bundan başqa, Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı ortaq layihələrin həyata keçirilməsi və birgə elmi nəşrlərin mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023