AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
IV Yay Düşərgəsinin növbəti paneli “Azərbaycanın müstəqillik tarixi”nə həsr olunub
Aug 18, 2023 | 16:26 Mühüm hadisələr

Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin növbəti paneli “Azərbaycanın müstəqillik tarixi”nə həsr olunub.

Panelin qonaqları AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova, İrəvan xanlığının Almaniyada yaşayan varisi Əmir Əli Sərdari İrəvani və tanınmış almaniyalı alim, nəsimişünas Mixael Hess olub.

Solmaz Tohidi-Rüstəmova “Azərbaycançılıq ideologiyası: Məhəmməd Əmin Rəsulzadədən Heydər Əliyevə”, Əmir Əli Sərdari İrəvani “İrəvan xanlığının tarixi”, Mixael Hess isə “Nəsimi insanlığa nə çatdırmaq istəyir?” mövzusunda təqdimatlarla çıxış ediblər.

Düşərgə iştirakçıları hər bir mühazirəni maraqla qarşılayıb, qonaqlara çoxsaylı suallar ünvanlayıblar.

AzərTac

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023