AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Astarada Əlişah qalasında tədqiqat işləri aparılacaq
Aug 18, 2023 | 10:16 Mühüm hadisələr

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu şöbəsinin əməkdaşları Azərbaycanın cənub bölgəsində olub, monitorinq aparıblar.

Monitorinq zamanı Astara rayonunun Alaşa kəndində yerləşən, orta əsrlərə aid hesab olunan Əlişah qalasına baxış keçirilib. Qrup üzvü Baloğlan Xudadatovun sözlərinə görə, qalanın tapılması təsadüf nəticəsində, Astara-Bakı magistral yolunun çəkilişi zamanı baş verib.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev el arasında “Divəkə” adlandırılan qalanın vaxtilə sovet ordusunun hərbçiləri tərəfindən keçirilən təlimlər zamanı dağıntılara məruz qaldığını bildirib.

Qeyd olunub ki, monitorinq qrupunun üzvləri yaxın vaxtlarda qalada tədqiqat işlərinə başlamağı nəzərdə tutub.

APA

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023