AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunun baş direktoru beynəlxalq simpoziumda çıxış edib
Jul 18, 2023 | 14:59 Mühüm hadisələr

Akademiyanın Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı 17-18 iyul tarixlərində Ankarada Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Kültür, Dil, Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi Başkanlığı və Türk Tarix Qurumunun təşkil etdiyi Lozan sülh konfransının 100 illiyinə həsr edilmiş beynəlxalq simpoziumda iştirak edib.

Alim “G.Çiçerinin Lozanda ermənilərlə görüşü: sovet dövlətinin hədəfləri və fəaliyyətinin nəticələri (G.Çiçerinin məktubları və rəsmi mənbələr əsasında)” mövzusunda məruzə edib.

Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, Gürcüstandan alimlərin və türk diplomatlarının iştirak etdiyi panel iclasında maraqlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023