AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib
Jul 10, 2023 | 09:55 Mühüm hadisələr

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri şöbəsinin elmi işçisi Alidə Zeynalova “Comprehensive personal development in society and its features” adlı mövzu ilə 10th International ZEUGMA congress on scientific research (Gaziantep, Türkiyə) beynəlxalq elmi konfransda onlayn çıxış edib.

Qədim Qaziantep torpağının mozaik bölgəsi sayılan Zeugmada keçirilən bu beynəlxalq elmi konfransın əsas vəzifəsi gənc alimlərin elmi, texniki, innovativ potensialını stimullaşdırmaq, tədqiqat fəaliyyətində və praktik həyata keçirilməsində ciddi nəticələr əldə etmiş alimlərin layihələrini və elmi inkişaflarını təqdim etmək, peşəkar cəmiyyətin diqqətini elmi fəaliyyət mövzusuna cəlb etmək, habelə müxtəlif elm sahələrində tədqiqat aparan alimlərin inkişafına töhfə verməkdir.

Konfransda çıxışlar maraqlı və qarşılıqlı müzakirə formatında keçib və konfrans iştirakçıları beynəlxalq elmi sertifikatlarla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023