AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc edilib
Sep 18, 2023 | 11:43 Maraqlı məlumatlar

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları, böyük elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, elmi işçiləri Tünzalə Musayeva, Xalidə Xəlilova, Gültəkin İsmayılova, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı psixoloq Ülviyyə Nəhmətovanın həmmüəllifi olduqları “Özünüqiymətləndirmə və smartfon asılılığı arasında əlaqə: Özünənəzarətin rolu” (“Association between Self-esteem and Smartphone addiction: The Mediating Role of Self-Control”) adlı məqalə EBSCO, Index Copernicus kimi beynəlxalq elmi bazalarda indekslənən “Technium” jurnalının 46-cı sayında nəşr edilib.

Tədqiqatın məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan yetkinlərdə (N = 11-18; yaş həddi=18-63 yaş) özünüqiymətləndirmə və smartfon asılılığı arasında özününəzarətin rolunu araşdırmaqdır.

Araşdırma zamanı əldə edilən nəticələr iştirakçıların özünüqiymətləndirməsi ilə özününəzarəti arasında müsbət əlaqənin, smartfon asılılığı səviyyəsi isə özünüqiymətləndirmə və özününəzarət ilə mənfi əlaqənin olduğunu göstərib.

Bununla yanaşı, struktur modelləşdirməsindən əldə edilən nəticələr sübut edir ki, özünüqiymətləndirmə və smartfon asılılığı arasında özünənəzarət vacib rol oynayır.

Sözügedən məqalə ilə buradan tanış ola bilərsiniz.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023