AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduğu məqalə “Springer Nature” indeksli jurnalda işıq üzü görüb
Jul 04, 2023 | 10:46 Yeni nəşrlər

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin elmi işçiləri, psixologiya üzrə fəlsəfə doktorları Tünzalə Musayeva, Gültəkin İsmayılova və elmi işçi Xalidə Xəlilovanın həmmüəllifi olduqları “Azərbaycanlı yetkinlərdə sosial bağlılıq, psixoloji rifah va psixoloji dözümlülük arasındakı alaqə” (Exploring the relationship between social connectedness and mental wellbeing: the mediating role of psychological resilience among adults in Azerbaijan) adlı elmi məqalə “Springer Nature” elmi bazasına daxil olan “Discover Psychology” jurnalında çap olunub.

Bu araşdırma modelləşdirmə tədqiqatıdır və 18-66 yaş aralığında olan 519 yetkin şəxs üzərində aparılıb. Tədqiqata cəlb olunmuş iştirakçıların ailə vəziyyəti (evli/subay), əmək fəaliyyətləri, müxtəlif dövlət və özəl qurumlarda çalışmaqları nəzərə alınıb. Araşdırmada, həmçinin işsiz şəxslər də iştirak ediblər.

Tədqiqat nəticəsində məlum olub ki, sosial bağlılıqla psixoloji rifah arasında pozitiv əlaqə mövcuddur. Elmi-tədqiqatın gələcək dövrdə ölkəmizdə yetkin yaş qrupu arasında tətbiqi üçün əldə olunan qənaətə əsasən bu şəxslər çevrələrindən dəstək hiss edərlərsə, onlarda sosial bağlılıq artar, beləliklə də insanların psixoloji dayanıqlığı təmin olunar. Bu da gələcəkdə bu sahədə tətbiq olunan modelləmə işində sosial bağlılığın inkişafına rəvac verəcək.

Araşdırmada, həmçinin qeyd olunur ki, yetkin şəxslər öz sosial mühitinə aid olduqlarını hiss etsələr, onların psixoloji dayanıqlıqları artar, bununla da onların psixoloji rifahı yüksələr.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023