AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutu nəşr etdirdiyi kitabları oxucularına hədiyyə edir
Jun 25, 2023 | 19:49 Mühüm hadisələr

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu həm tarixi biliklərin təbliği, həm də tarixçi-mütəxəssislər, tarix müəllimləri, universitetlərin tarix fakültələrinin tələbələri və tarixsevərlərin kitabxanasının daha da zənginləşdirilməsi məqsədilə institutun son illərdə nəşr etdirdiyi kitabları oxucularına hədiyyə edir.

Hədiyyə ediləcək kitabların adları və miqdarı təqdim edilən siyahıda sıra sayı ilə  göstərilib. Kitabları əldə etmək üçün institutun Təchizat və xidmət şöbəsinə 3-7 iyul tarixlərində müraciət edib, siyahı üzrə arzu edilən kitabların sıra sayını (məsələn: 1; 7; 15 və s.) bildirmək lazımdır.

Bu müddət başa çatdıqdan sonra 10-14 iyul tarixlərində qeyd edilən kitablar (hər bir şəxsə siyahıda olan kitablardan ən çoxu beşinin verilməsi nəzərdə tutulur) institutda müvafiq xidmət tərəfindən komplektləşdiriləcəkdir. 17-21 iyul arasında kitabların təqdim olunması təşkil olunacaqdır.

Kitabların əldə edilməsi üçün baş direktorun adına ərizə və ona qoşma kimi şəxsiyyət vəsiqəsinin surəti olmalıdır.

Kitablar aşağıdakı ünvanda veriləcəkdir:

Bakı şəhəri, H.Cavid prospekti 115 (AMEA-nın Əsas binası, VI mərtəbə; koordinator Orxan Zeynalov)

Tel.: (+994 50) 716 58 83

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023