AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti sayı çap olunub
Jun 25, 2023 | 09:20 Yeni nəşrlər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda beynəlxalq elmi-nəzəri jurnal olan “Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti (№ 28, 2023) sayı çap edilib.

Jurnalda professor İlham Məmmədzadənin “Fəlsəfə ədəbiyyat haqqında: qarşılıqlı əlaqə metodoloji yanaşma kimi”, Əli Abasov və Mahrux Nəcəflinin “Şərq və Qərb fəlsəfi ideyalarının inteqrasiyası”, Əbülhəsən Abbasovun “Müasir fəlsəfənin missiyası və epistemoloji meqabilik kimi statusu”, Lala Mövsümovanın “M.Şahtaxtinskinin yaradıcılığı (1846-1931) bərabərlik problemi”, Jauhar Dabganovanın “Yəhudi diasporası və Qazaxıstanda yəhudi dini icmaların inkişafı”, Rafail Əhmədlinin “Azərbaycanda milli şüurun formalaşmasında Seyid Əzim Şirvaninin fəlsəfi ideyalarının rolu”, Elnur Mustafayevin “Qloballaşma dövründə dinlərarasi dialoqun əhəmiyyəti və perspektivləri”, Zöhrə Əliyevanın “M.F.Axundzadənin əsərlərində dini məsələlər”, Rövşən Hacıyevin “Orta əsrlər Qərb və Şərq fəlsəfi idrakinda insan problem”, Faiq Ələkbərlinin “Seyid Hüseynin türkçülük və milli maarifçilik görüşləri”, Ələddin Məlikovun “Din və əxlaq münasibətlərindəki nəzəriyyələr” və Şölət Zeynalovla Nərgiz Zeynallının “Regional geopolitik böhran kontekstində yeni realliqlar və dialoq problemi” məqalələri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023