AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Gənc alim Günel Məlikli “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda çıxış edib
Jun 23, 2023 | 12:25 Mühüm hadisələr

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş “Heydər Əliyev və mədəniyyət siyasəti” beynəlxalq elmi-nəzəri konfransda iştirak edib.

“Milli-mədəni dəyərlərin qorunmasında Heydər Əliyev siyasəti” mövzusunda çıxış edən G.Məlikli çıxışında dahi şəxsiyyət Heydər Əliyevin “Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir” müdrik kəlamını xatırladıb.

“Ümummilli liderimiz hələ uşaqlıq illərində incəsənətə, teatr və musiqiyə, rəssamlığa həvəs göstərib, məktəbdə oxuyarkən dram dərnəyində iştirak edib. Eyni zamanda memarlıq fakültəsində təhsil almışdır. Ulu Öndər müstəqil milli dövlətimizin memarı, yaradıcısı kimi tarixə adını əbədi yazdırmışdır. Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdən etibarən mədəniyyətimiz, milli mənəvi dəyərlərimiz, soykökümüz özümüzə qayıdıb. Heydər Əliyevin böyük tarixi xidmətlərindən biri də keçən əsrin 30-cu illərində repressiyaya uğramış latın qrafikasının bərpa edilməsindən ibarət olmuşdur. Bu, milli qan yaddaşına, milli varlığa qayıdış idi. Bu gün Heydər Əliyev yolu, strategiyası Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2023-cü ildə həm də ölkəmizin ilk yaradıcılıq yönümlü ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 ili tamam oldu. Hazırda universitetin yerləşdiyi bu bina da Ümummilli Lider Heydər Əliyevin birbaşa göstərişi ilə verilib”, - deyə o vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023