AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Gənc alim Günel Məliklinin redaktorluğu ilə Azərbaycanın hərb tarixinə həsr olunmuş kitab çapdan çıxıb
Jun 22, 2023 | 13:25 Yeni nəşrlər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin redaktorluğu, N.A.Əliyev və S.Ə.Əhmədovun müəllifliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında “Azərbaycanın hərb tarixi – ən mühüm hərbi-siyasi hadisələrin xronoloji xülasəsi” kitabının I hissəsi nəşr olunub.

Kitabda zəngin tarixi mənbələr əsasında Azərbaycanın hərb tarixinin ən mühüm hərbi-siyasi hadisələrinin xronoloji xülasəsi verilib, həmin dövr üçün səciyyəvi olan tarixi faktlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023