AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəylinin Kokand Dövlət Pedaqoji İnstitutunun “Fəxri professoru” seçilməsi Özbəkistan mətbuatında
Jun 20, 2023 | 10:39 Mühüm hadisələr

Xəbər verdiyimiz kimi, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Özbəkistanın Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunun “Fəxri professoru” seçilib. Bununla bağlı Özbəkistanın “Aniq.uz” saytında geniş xəbər yayımlanıb.

Xəbərdə ölkələrimiz arasında min illərə dayanan dostluq, qardaşlıq əlaqələrinin son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyayevin sıx münasibətləri sayəsində özünün ən yüksək mərhələsinə çatdığı vurğulanıb. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyası ilə Özbəkistan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalandığı xatırladılıb, eləcə də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Özbəkistanın elm, təhsil qurumlarının mövcud əlaqələrinə toxunulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023