AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda Türkiyənin Elm, Mədəniyyət, Təhsil Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib
Jun 12, 2023 | 15:59 Görüşlər

İyunun 12-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türkiyənin Elm, Mədəniyyət, Təhsil Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib.

Nümayəndə heyətinə daxil olan qurumun icraçı direktoru prof., Dr. Lütfi Sunar, müavini Ahmet Sait Öner, vəqfin üzvü Hüseyn Türkan və Azərbaycan nümayəndəsi Kadir Yaman ilk olaraq AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər.

Akademik G.Baxşəliyeva institutda görülən işlərdən, xüsusilə türkologiya sahəsində aparılan tədqiqatlardan bəhs edib.

Lütfi Sunar Elm, Mədəniyyət, Təhsil Vəqfinin fəaliyyəti barədə məlumat verib.

Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Daha sonra türkiyəli alimlər Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. Akademik G.Baxşəliyeva türkiyəli qonaqları görüş iştirakçılarına təqdim edib. Lütfi Sunar Elm, Mədəniyyət, Təhsil Vəqfinin apardığı araşdırmalardan, həyata keçirilən layihələrdən, nəşr olunan elmi dərgi və kitablardan danışıb.

Şərqşünaslıq İnstitutunun şöbə müdirləri öz şöbələrində aparılan tədqiqatlar barədə qonaqlara məlumat veriblər.

Sonda türkiyəli alimlər institutun əməkdaşlarının suallarını cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023