AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycanlı filosofun məqaləsi İndoneziyada çap olunub
May 30, 2023 | 17:05 Yeni nəşrlər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Dünya şöhrətli alim Lütfi A. Zadənin Azərbaycan “Era”sı tarix fəlsəfəsi kontekstində” (“World Famous Scientist Lutfi Zade's Azerbaijan “Era” in the Context of History Philosophy”) adlı məqaləsi İndoneziyanın “Journal of Pedagogy and Education Science” jurnalında (s.156-170) çap olunub.

Məqalə alimin İngiltərənin “Cambridge Scholars” nəşriyyatı ilə müqavilə əsasında çapa hazırlanan “Lütfi A.Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları” (“The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh”) monoqrafiyası əsasında yazılıb. Məqalədə Azərbaycan əsilli dünyaşöhrətli alim Lütfi Zadənin Azərbaycan dövrü və Azərbaycançılıq idealı yeni mənbələr əsasında tarix fəlsəfəsi kontekstində təhlil edilərək dəyərləndirilib. 

www.science.gov.az 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023