AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Qarabağ bölgəsi XX əsrin əvvəllərində (ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyat)” adlı kitab çapdan çıxıb
May 30, 2023 | 16:14 Yeni nəşrlər

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənovun “Qarabağ bölgəsi XX əsrin əvvəllərində (ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyat)” adlı kitabı nəşr olunub.

Kitabın elmi redaktoru akademik İsmayıl Hacıyev, məsul redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, rəyçilər tarix elmləri doktoru, dosent Nazim Məmmədov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Monoqrafiyada XX əsrin əvvəllərində Qarabağda cərəyan edən ictimai - siyasi proseslər, bölgənin inzibati-ərazi idarəetmə sistemi araşdırılır, arxiv sənədləri əsasında Qarabağın demoqrafik vəziyyəti, aqrar münasibətləri, kənd təsərrüfatı və ədəbi mədəni həyatı təhlil edilir.

www.science.gov.az 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023