AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib
May 26, 2023 | 14:12 Konfranslar, iclaslar

AMEA-nın Qafqazşünaslıq İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin Qafqaz ölkələri ilə münasibətləri” mövzusunda dəyirmi masa keçirilib.

Toplantını institutun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən amilləri, həyata keçirilən tədbirləri, Cənubi Qafqaz respublikaları arasındakı münasibətləri təhlil edib. Cümhuriyyət tarixinin öyrənilməsində Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanın əhəmiyyətini vurğulayıb. Bildirib ki, ki bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qüdrətli dövlətdir, torpaqlarını işğaldan azad edib.

Sonra institutun icraçı direktoru siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, şöbə müdiri f.ü.f.d., dosent Vahid Ömərov, aparıcı elmi işçi i.e.ü.f.d., dosent Liliya Mirzəzadə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023