AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alim Özbəkistanda keçirilən beynəlxalq konfransda məruzə edib
May 26, 2023 | 11:15 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Özbəkistanın Daşkənd şəhərində keçirilən “Əlişir Nəvai beynəlxalq sosial və humanitar elmlər konfransı”nda iştirak edib.

Şərqşünas alim onlayn qatıldığı konfransda “Uşaqlara bağışlanan ömür və ya böyük kədərini böyük işlərlə əvəzləyən Turan Mirhadi” adlı məruzə ilə çıxış edib. Ömrünün 60 ildən çoxunu uşaq və gənclərin inkişafına həsr edən Cənubi Azərbaycan əsilli  uşaq ədəbiyyatı professoru, təhsil eksperti, “Fərhad” tədris-təcrübə kompleksinin təsisçisi, Uşaq kitab şurasının, “Uşaq və yeniyetmələr ensiklopediyası”nın yaradıcılarından biri Turan xanım Mirhadinin həyat və yaradıcılığından geniş söz açan məruzəçi tədqiqat obyektinə çevirdiyi qəhrəmanının bədii irsi, çoxşaxəli fəaliyyəti ilə yanaşı, çətinliklər, itkilərlə müşayət olunan ömür hekayəsinin də insanlar üçün əsl həyat dərsi, örnək nümunə olmasını dinləyicilərin nəzərinə çatdırıb. Fidan Nəsirovanın məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

www.science.gov.az 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023