AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
May 20, 2023 | 12:25 Konfranslar, iclaslar

Mayın 19-da AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun YAP ərazi partiya təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Heydər Əliyev-100” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun YAP ərazi partiya təşkilatının sədri Bəxtiyar Əhmədov açıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik tarixində rolu haqqında institutun icraçı direktoru İlqar Niftəliyev, gənclərin vətənpərvərlik tərbiyəsində Ulu öndər Heydər Əliyevin rolu haqqında isə tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova çıxış edib. Tədbirdə Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov, Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxış edərək Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsinin müstəsna əhəmiyyətindən danışıblar.

Tədbirdə YAP Yasamal rayon təşkilatının nümayəndəsi Vasif Nəbiyev və digər institutların partiya təşkilatlarının rəhbərləri də iştirak edib.

Daim vətənimizin, xalqımızın gələcəyini düşünən Ümummilli Liderin əvəzsiz xidmətlərindən biri onun zamanı qabaqlayan parlaq siyasi zəkası və böyük uzaqgörənliyi sayəsində Azərbaycanı uğurla idarə edən lider yetişdirməsi oldu. Azərbaycan xalqının təxminən otuz illik tarixinin elə bir səhifəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Tarixi ərazilərimizdə dövlətçiliyin müasir mərhələsinin yaradılması, vətəndaş cəmiyyəti quruculuğu birbaşa Ulu Öndərin adı ilə bağlıdır. Hələ sovet illərində gələcəyə ünvanlanmış taleyüklü məsələlər öz əməli nəticəsini Qarabağ Zəfəri ilə verdi. Bu gün Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası Heydər Əliyev ideyalarının təntənəsidir.

www.science.gov.az 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023