AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Məhkəmə arxeologiyası və antropologiyasına dair beynəlxalq konfrans keçiriləcək
May 15, 2023 | 11:25 Elanlar

23-24 may AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Məhkəmə arxeologiyası və antropologiyası mövzusunda birinci beynəlxalq konfrans keçiriləcək.

Konfrans AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Elmi konfransın məqsədi Azərbaycanda məhkəmə arxeologiyası və antropologiyasının bünövrəsinin beynəlxalq standartlar əsasında və sahələrarası konsepsiya və humanitar yanaşma çərçivəsində qoyulması və inkişaf etdirilməsi məqsədilə sözügedən sahələrdə çalışan beynəlxalq və yerli ekspert və alimləri bir araya gətirməkdir.

www.science.gov.az 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023