AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA alimləri mart soyqırımına həsr olunan konfransda məruzə ilə çıxış ediblər
Mar 30, 2023 | 12:00 Konfranslar, iclaslar

Quba Soyqırımı Memorial Kompleksində “Heydər Əliyev İli” və 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş 31 Mart Soyqırımının 105-ci ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının tarixi əhəmiyyəti” adlı konfrans keçirilib.

Quba Soyqırımı Memorial Kompleksi, Azərbaycan Dövlət  Pedaqoji Universitetinin (ADPU) Quba filialı, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası və Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin birgə təşkilatçılığı ilə keçirilən konfransda iştirakçılar öncə 31 mart Soyqırımı abidəsini ziyarət edərək kompleksin Muzey bölməsi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Memorial Kompleksin direktoru Rəxşəndə Bayramova Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında, onun tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi misilsiz xidmətlərdən söz açıb.

Konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı “1918-ci ildə Şamaxı, Quba, Göyçay, Cavad qəzalarında azərbaycanlıların soyqrımları”, Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfərli “Urmiya və Salmasda azərbaycanlıların soyqrımı”, Qafqazşünaslıq İnstitutunun şöbə müdüri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “İrəvan və Naxçıvanda azərbaycanlıların soyqırımı” adlı məruzələrlə çıxış ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023