AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunda Elm gününə həsr olunan dəyirmi masa keçirilib
Mar 29, 2023 | 16:00 Konfranslar, iclaslar

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Elm gününə həsr olunan dəyirmi masa keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı alimləri və tədqiqatçıları Elm günü münasibətilə təbrik edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar şəraitində qafqazşünas alimlər qarşısında dayanan vəzifələr barəsində danışıb.

Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev “Postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin əsas problemləri” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, hazırda Ermənistanda sosial-iqtisadi vəziyyətlə bağlı ağır problemlər mövcuddur və böhran hökm sürür. Azərbaycan isə  dinamik inkişaf yolunda inamla irəliləyir, Prezident İlham Əliyev regionda sülh təşəbbüsləri ilə çıxış edir, milli maraqları bütün səviyyələrdə qətiyyətlə qoruyur.

Dəyirmi masada bir sıra müzakirələr də aparılıb.

Tədbir iştirakçıları institutun elmi-təşkilati fəaliyyətinə dair sərgi ilə də tanış olublar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023