AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA Avrasiya Universitetlər Birliyinin (EURAS) rəsmi üzvlüyünə qəbul edilib
Mar 28, 2023 | 14:55 Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası Avrasiya Universitetlər Birliyinin (EURAS) rəsmi üzvlüyünə qəbul edilib.

EURAS-ın prezidenti, professor Mustafa Aydın bununla bağlı üzvlük sertifikatını AMEA rəhbərliyinə göndərib.

Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası bundan sonra EURAS tərəfindən təmin edilən bütün imtiyazlardan və üstünlüklərdən istifadə etmək hüququna malikdir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023