AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” mövzusunda tədbir keçirilir
Mar 27, 2023 | 13:00 Konfranslar, iclaslar

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında 27 Mart - Elm Gününə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbir keçirilir.

Tədbirdən öncə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Rəyasət Heyətinin üzvləri Fəxri Xiyabanda müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Daha sonra Mərkəzi Elmi Kitabxanada Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika elmləri doktoru, professor İmaməddin Əmiraslanovun, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun icraçı direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovun, Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədəliyevin və İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, Fizika İnstitutu, Yüksək Texnologiyalar Parkının əməkdaşlarının müəllifi olduğu ağac üzərində oyma və elmi-texniki-yaradıcılıq sərgisinə baxış keçirilib.

Tədbir AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Milli Elmlər Akademiyası: zaman və müasirlik” mövzusunda giriş nitqi ilə başlayıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023