AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alimin Qarabağda uğurlu antiterror əməliyyatı haqqında məqaləsi Misir mediasında yayılıb
Sep 21, 2023 | 13:00 Yeni nəşrlər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin ərəb dilində yazdığı “Azərbaycan Qarabağda qeyri-qanuni erməni silahlı qüvvələrinə qarşı antiterror əməliyyatını uğurla həyata keçirdi” başlıqlı məqalə Misir Ərəb Respublikasında “Beynəlxalq İnformasiya Şəbəkəsi” internet portalında dərc edilib.

Məqalədə 10 noyabr 2020-ci ildə bağlanmış üçtərəfli bəyannaməyə zidd olaraq Ermənistan dövlətinin nümayiş etdirdiyi qeyri-adekvat addımlardan, həmçinin Azərbaycan torpağı Qarabağda qalmış separatçı qüvvələrin və silahlı hərbi birləşmələrin törətdiyi təxribatlardan bəhs edilib.

Şərqşünas alim cari ilin 19 sentyabrında terrorçu erməni silahlı birləşmələrin basdırdıqları minalar nəticəsində həyatını itirmiş mülki şəxslər və Daxili İşlər Nazirliyinin əməkdaşları haqqında qeyd edib, bu növ təxribatların silsiləvi şəkildə geniş vüsət aldığını vurğulayıb.

Bu baxımından, Azərbaycan dövlətinin beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq, ölkədə təhlükəsizliyi təmin etmək, ölkənin süverenliyini və konstitusiya qurluşunu bərpa etmək məqsədilə lokal xarakterli məhdud antiterror əməliyyatını həyata keçirməyə məcbur qaldığı da ayrıca qeyd edilib.

Bununla yanaşı, məqalədə təxminən 24 saat davam edən antiterror əməliyyatının uğurla başa çatdığı, silahlı erməni hərbi birləşmələrinin təslim olduğu və Bakının irəli sürdüyü bütün tələblərlə razılaşdıqları da işıqlandırılıb.

Məqalənin sonunda 21 sentyabr 2023-cü ildə Qarabağın erməni sakinləri ilə keçiriləcək Yevlax görüşü və Azərbaycan dövlətinin tələb etdiyi şərtlər haqqında məlumatlar müfəssəl şəkildə qeyd edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023