AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirəcəyi tədbirlərə dair məlumat qardaş ölkənin mediasında geniş işıqlandırılıb
May 12, 2023 | 11:58 Mühüm hadisələr

Xəbər verdiyimiz kimi, mayın 8-də AMEA-nın Rəyasət Heyətinin iclasında Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbirlər haqqında müzakirələr aparılıb. Müzakirələrdə AMEA-nın elmi müəssisə və təşkilatlarında Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbirlərin keçiriləcəyi bildirilib.

Sözügedən xəbər qardaş ölkənin mediasında geniş şəkildə işıqlandırılıb. Türkiyənin məşhur “Yeni Akit” qəzeti, eləcə də “haberiniz.com.tr”, “yesiligdir.com”, “adanamasasi.com”, “karabukmedya.com”, “hasulkuhaber.com”, “bulturk.net”, “Kafkas Haber Ajansı” və digər saytlarında AMEA-da “Bir millət, iki dövlət: Türkiyə-Azərbaycan əlaqələri Heydər Əliyev dövründə”, Türkiyə və Azərbaycan seysmoloqlarının beynəlxalq konfransı və digər tədbirlərin baş tutacağını, yekunda “Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq konfransın keçiriləcəyi oxucuların diqqətinə çatdırılıb.

www.science.gov.az 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023