AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alimlər Tunisdə keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış ediblər
Sep 12, 2023 | 10:09 Mühüm hadisələr

Martın 10-11-də Tunisdə 3-cü “7 qitədə Osmanlı türk çalışmaları” adlı beynəlxalq elmi konfrans keçirilib.

 Manouba Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşları tarix üzrə fəlsəfə doktorları Zülfiyə Vəliyeva və Yaxşıxanım Nəsirova onlayn şəkildə iştirak ediblər.

Z.Vəliyeva konfransda “XVIII əsrin əvvəllərində Gəncə fəthində iştirak edən Osmanlı ordusu - Gəncə-Qarabağ əyalətinin timar ruznamə dəftəri əsasında”, Y.Nəsirova isə “Azərbaycanda Osmanlı təhrir dəftərləri ilə bağlı çalışmalar” mövzusunda məruzə ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023