AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alimin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinə həsr edilmiş məruzəsi Misirdə böyük maraq doğurub
Mar 10, 2023 | 11:45 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı Misirin Qahirə şəhərində “Hivar” Beyin Mərkəzində keçirilən “Müasir dünyada qadın problemləri” adlı konfransda “Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın timsalında Azərbaycan qadını” adlı məruzə ilə onlayn çıxış edib.

Ötən əsrin əvvəllərində Azərbaycanda qızlar məktəblərinin açılmasından, həmin məktəbin məzunlarının maarifçilik fəaliyyətlərindən bəhs edən Gülər Qafqazlı daha sonra müasir dövrdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətindən, onun təşəbbüsü ilə yeni məktəblərin, xəstəxanaların, talassemiya mərkəzinin istifadəyə verilməsindən, mədəniyyət sahəsində Azərbaycan muğamının inkişafında göstərdiyi xidmətdən bəhs edib.

Misirin “Misralbalad.com” saytı misirli və səudiyyəli tədqiqatçıların da qatıldığı konfransda məhz Gülər Qafqazlının iştirakına həsr edilmiş “Dr. Gülər Qafqazlı Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Beyin Mərkəzində konfransda iştirak edir” başlıqlı məqalə dərc edib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023