AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Fəlsəfə və Sosiologiya İnstitutunda elmi seminar keçirilib
Mar 01, 2023 | 16:00 Konfranslar, iclaslar

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsində elmi seminar keçirilib.

Seminarda şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Prezident İlham Əliyevin lider portreti” adlı məruzə ilə çıxış edərək, ümumiyyətlə lider fenomeninin psixoloji portretini açıqlayıb, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi fəaliyyətindəki psixoloji məqamlara toxunub. Məruzəçi qeyd edib ki, müdrik rəhbərliyi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək BMT-nin 4 qətnaməsinin icrasını həyata keçirən, Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin edən Prezident İlham Əliyevin yürütdüyü siyasət beynəlxalq miqyasda ehtiramla qarşılanır və bu siyasət ölkənin beynəlxalq nüfuzunun günü-gündən artmasına səbəb olacaqdır.

Tədbirdə şöbənin elmi işçiləri Tünzalə Musayeva, Xalidə Xəlilova digər məruzələrlə çıxış ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023