AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
27 Sentyabr - Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Sep 27, 2023 | 09:40 Konfranslar, iclaslar

AMEA-nın Qafqazşünaslıq İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunan dəyirmi masa keçirilib.

Dəyirmi masanı elmi müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. M.Qasımlı qələbənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik zəkası və güclü siyasəti nəticəsində əldə edildiyini, dövlət suverenliyinin bütün ərazilərimizdə bərpa olunduğunu vurğulayıb.

Dəyirmi masada çıxış edən institutun icraçı direktoru s.e.d., dosent Ramilə Dadaşova, şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, t.ü.f.d., dosent Elnur Kəlbizadə, t.ü.f.d. Günel Musayeva, s.e.ü.f.d. Samirə Həbibbəyli qələbənin səbəbləri, dünyada və regionda əhəmiyyəti və təsiri barədə danışıblar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023