AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunda Türkiyədə baş vermiş zəlzələyə həsr olunmuş iclas keçirilib
Feb 10, 2023 | 14:24 Konfranslar, iclaslar

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Türkiyədə baş vermiş dəhşətli zəlzələyə həsr olunmuş iclas keçirilib.

Əvvəlcə faciə nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru, tarix elmləri doktoru Kərim Şükürovun başçılığı ilə keçirilən iclasda yardım kampaniyası ilə bağlı müzakirələr aparılıb. İclasda institutunun əməkdaşları çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Tarix İnstitutunda zəlzələdən zərərçəkən insanlara yardım edilməsi məqsədilə yardım kampaniyasına qoşulmaq qərarı alınıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023