AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Fəlsəfə və Sosiologiya İnstitutunda Türkiyənin “Hürriyet” qəzetində Prezident İlham Əliyevə həsr olunan məqalə ilə bağlı seminar keçirilib
Oct 05, 2023 | 14:16 Konfranslar, iclaslar

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsində elmi seminar keçirilib.

Seminarda şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Türkiyənin məşhur “Hürriyet” qəzetindəki Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi haqqında yazılmış “Liderliyini təsdiqlədən adam: İlham Əliyev” başlıqlı məqalə haqqında danışıb. Bildirib ki, Prezident İlham Əliyev artıq dünya liderlərindən biri olduğunu öz tarixi addımları ilə təsdiqləyib və ölkə başçısı cəmiyyətin sosial-psixoloji impulslarını dəqiqliklə müşahidə edir.

“Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunu modernləşdirərək, Ermənistanın bütün niyyətlərini puç edərək Qarabağdakı 30 illik işğala son qoydu. Azərbaycan istər hərbi-siyasi, istərsə də mənəvi-psixoloji nöqteyi-nəzərdən XXI əsrin müharibəsini apardı, dünya hərb tarixinə yeni bir səhifə yazdı və mənəvi-psixoloji aspektlər ilə götürüldükdə Vətən müharibəsi tarixi bir fenomendir”, - deyə Günel Məlikli vurğulayıb.

Daha sonra şöbənin doktorantı İradə Teymurova “İdarəçilikdə liderlik problemi” mövzusu ilə seminarda çıxış edib, müzakirələr aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023