AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Professor Məryəm Seyidbəyli beynəlxalq konfransda çıxış edib
Oct 09, 2023 | 12:59 Mühüm hadisələr

Elm və Texnologiyanın Tarixi və Fəlsəfəsi üzrə Beynəlxalq İttifaqın Elm və Texnologiyanın Tarixi Bölməsi və Britaniya Elm Tarixi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Qlobal elm və texnologiya tarixi festivalı” keçirilib.

72 ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən festivalda Azərbaycanı AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin müdiri, t.e.d., prof. Məryəm Seyidbəyli təmsil edib.

Professor Məryəm Seyidbəyli konfransda “Azərbaycanda elm tarixi və elmşünaslığın landşaftı” mövzusunda məruzə ilə çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023