AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Cəbi Bəhramov “Baku TV”də ermənilərin Qərbi Azərbaycan ərazilərinə köçürülməsi tarixindən danışıb
Oct 26, 2023 | 14:04 Mühüm hadisələr

AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “Baku TV”də yayımlanan “Qərbi Azərbaycan xronikası” verilişinin qonağı olub.

O, verilişdə Qərbi Azərbaycan termininin yaranma tarixçəsi, bu ərazilərin coğrafi-siyasi mövqeyi və tarixi haqqında məlumat verib. Alim çıxışında Qərbi Azərbaycan ərazilərinin - İrəvan şəhəri və Zəngəzurun qərb ərazilərinin ermənilərə güzəştə gedilməsi, erməni-daşnak respublikasının yaradılması, İrəvan quberniyası və Zəngəzurda azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı cinayətlərindən danışıb.

Cəbi Bəhramovun sözlərinə görə, 1918-ci ildə İrəvan şəhəri və onun ətrafında olan torpaqlar ermənilərə verilərkən Azərbaycan xalqının fikri öyrənilməyib, sorğu və ya referendum keçirilməyib. Beləliklə, hər bir xalqın ümdə hüququ olan yaşamaq hüququ pozulub.

Şöbə müdiri, həmçinin bildirib ki, Sovet Rusiyası 1920-ci ildə Azərbaycanı işğal etdikdən sonra xalqımızın razılığı olmadan həmin ilin noyabr ayından 1929-cu ilin fevralın 18-dək 20.8 min kv.km Azərbaycan SSR ərazisini Ermənistan SSR-ə güzəştə gedib.

Verilişi buradan izləyə bilərsiniz.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023