AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib
Oct 27, 2023 | 11:23 Mühüm hadisələr

Rəyasət Heyətinin iclasında müzakirə olunan məsələlərdən biri də ölkə başçısının 28 sentyabr 2023-cü il tarixli Sərəncamına əsasən hazırlanmış “Akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı”nın təsdiq edilməsi haqqında olub.

Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında akademik Ziya Bünyadovun tarixi xidmətləri olduğunu deyən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli sözügedən Sərəncamın dövlət başçısının Akademiyaya diqqət və qayğısının növbəti təzahürü olduğunu bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamın icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən “Akademik Ziya Bünyadovun 100 illik yubileyi haqqında” qərar qəbul olunub. Diqqətə çatdırıb ki, qərarda AMEA Rəyasət Heyətinə akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr edilmiş elmi sessiyanın keçirilməsi, AMEA-nın İctimai Elmlər Bölməsinə Şərqşünaslıq İnstitutunun bazasında ənənəvi “Akademik Ziya Bünyadov qiraətləri”nin təşkil edilməsi və müvafiq materialların çap olunması ilə bağlı tapşırıqlar verilib.

Daha sonra Rəyasət Heyəti tərəfindən “Akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı” təsdiqlənib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023