AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunun kollektivi II Fəxri xiyabanda şəhidlərimizin məzarını ziyarət edib
Nov 01, 2023 | 16:36 Mühüm hadisələr

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi II Fəxri xiyabanda olub.

Şərqşünas alimlər ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarını ziyarət ediblər. Onlar Vətən uğrunda şəhid olan igid oğulların əziz xatirəsini dərin ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri düzüblər.

Şərqşünas alimlər Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbə qazandığını, eləcə də son antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini, bu döyüşlərdə igid Vətən övladlarının canlarından keçməklə ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldiklərini bildiriblər. Bu şanlı qələbəyə görə şəhidlərimizə borclu olduğumuz ifadə edilib, onların əziz xatirəsinin ürəklərdə daim yaşayacağı, ömür yollarının gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023