AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Nov 06, 2023 | 15:12 Konfranslar, iclaslar

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Öncə vətən uğrunda canından şəhidlərmizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı “8 noyabr - Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoyan gün” mövzusunda geniş məruzə edib. M.Qasımlı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb.

Sonra institutun elmi işlər üzrə direktor müavini, s.e.d., dosent Ramilə Dadaşova, elmi katib psixol.ü.f.d., dosent Südabə Hüseynova, institutun şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev,  f.ü.f.d., dosent Vahid Ömərov, s.e.ü.f.d. Samirə Həbibbəyli, institutun Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva, institutun YAP sədri Şərqiyyə İmaməli çıxış ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023