AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Gənc alim Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən tədbirdə çıxış edib
Nov 13, 2023 | 12:25 Mühüm hadisələr

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və İkinci Qarabağ müharibəsində qazanılan Qələbənin üçüncü ildönümünə həsr olunmuş tədbirdə “Ali Baş Komandan İlham Əliyevin Prezidentliyinin 20 ilinin uğur salnaməsi” mövzusunda çıxış edib.

Alim çıxışında bildirib ki, cənab İlham Əliyevin Prezidentliyinin əsas konsepsiyası güclü iqtisadi bazanın formalaşdırılmasından ibarətdir. Bu, Yeni Azərbaycan Partiyası kimi monolit siyasi gücə, yüksək intellektə, kifayət qədər sanballı iqtisadi və siyasi təcrübəyə, qüdrətli və böyük Heydər Əliyev siyasi məktəbinə, şəffaf, sınanmış və şərəfli genetik keyfiyyətlərə söykənir. Qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev yenə də vaxtı və məqamı böyük məharətlə seçdi, Qarabağdakı qanunsuz erməni silahlı birləşməsini ağ bayraq qaldırmağa vadar etdi. Möhtəşəm Zəfərə 23 saatlıq əlavə Azərbaycan ərazisindəki erməni silahlılarının tərk-silah olunaraq torpaqlarımızdan təmizlənməsinə son nöqtəni qoymuş oldu, - deyə Günel Məlikli vurğulayıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023