AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycan alimləri “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresində iştirak ediblər
Nov 27, 2023 | 12:04 Mühüm hadisələr

Azərbaycan alimləri Naxçıvan Muxtar Respublikasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresində iştirak ediblər.  

Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Yeni tarix şöbəsinin müdiri, dosent Hacı Həsənovun həmmüəllifi olduğu “İrəvan şəhərinin XIX-XX əsrin əvvəlləri tarixinə dair” kitabının təqdimatı olub.

Təqdimatda çıxış edən dosentlər Hacı Həsənov, Mübariz Ağalarlı, Aygün Bağırlı, Cəbi Bəhramov və başqaları kitabın elmi əhəmiyyətindən danışaraq, Qərbi Azərbaycana qayıdış prosesində sözügedən vəsaitin əsas elmi baza rolunu oynayacağını qeyd ediblər. Konqresdə, həmçinin Tarix İnstitutunun dosenti Mübariz Ağalarlı “Rus qaynaqlarına görə Naxçıvan əyalətinin Dərələyəz mahalının etno-demoqrafik vəziyyəti” mövzusunda elmi məruzə ilə çıxış edərək, XIX əsrin 30-cu illərində Dərələyəz mahalının etno-demoqrafik durumundan danışıb. AMEA-nın əməkdaşları, həmçinin Naxçıvan şəhəri, Ordubad rayonu və Çalxanqala kəndində Qərbi Azərbaycanlılarla bağlı keçirilən görüşlərdə də fəal şəkildə iştirak ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023